Dünya

ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Zərbə nəticəsində xəsarət alan olmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"Raket kompleksin daxili hissəsini vurmayıb. Heç bir ABŞ və ya müttəfiq qüvvələr ölməyib və yaralanmayıb, heç bir obyekt və ya avadanlıq zədələnməyib", - deyə qeyd olunub.

Açıqlamada bildirilib ki, Mərkəzi Komandanlığın qüvvələri artıq insidentlə bağlı araşdırma aparır.

D
demokrat.az