Gündəm

Krım körpüsünün partlama ANI — VİDEO

Krım körpüsünün partlama ANI — VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Krım körpüsünün hissələrinin birində yanğın baş verib.

Demokrat.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yanacaq çəni dolu yük maşınının partlaması nəticəsində meydana gəlib.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Rusiya müharibənin başladığı ilk ərəfələrdə körpünün "S-400"lər tərəfindən qorunduğunu açıqlamışdı. Krım körpüsünün uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Partlayış anının videosunu təqdim edirik.

D
demokrat.az