"Praqada Avropa İttifaqının moderatorluğu ilə keçirilən və sayca 5 -ci olan Azərbaycan- Ermənistan görüşü sülh müqaviləsinin imzalanması isstiqamətində müəyyən nəticələr əldə etdikcə Kreml daha çox narahatlıq keçirir".
Bu sözləriDemokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.
"Bu cəhdlər bir neçə il öncə olmuş olsaydı şübhəsiz Putin daha kəskin reaksiya verərdi və müdaxlə də edərdi. Hazırda Rusiya Ukraynada bataqlığa gömüldüyü üçün prosesə aktiv müdaxilə edə bilmir. Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sənədi imzalaması və bunun ardınca oktyabr ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə sülh üçün daha da irəli gedilə biləcəyi ehtimalından Putin çox narahatdır. Bundan əlavə, Aİ-nin sərhədlərin demarkasiya və delimitasiya olunması istiqamətində səyləri və Ermənistan sərhəddinə müşahidəçilər qrupunun yerləşdirilməsi barədə əldə olunan razılığa Rusiya xarici siyasət idarəsi tərəfindən əks reaksiya verilməsi ilə yanaşı “Bölgədə Rusiyanın iştirakı olmadan sülhün mümkün olmadığı” barədə bəyanat verildi.Praqadan birbaşa Moskvaya gedən Paşinyan böyük ehtimalla Putini inandırmağa çalışacaq ki, son qərarı yenə də onunla razılaşdıracaq".
Analitikin sözlərinə görə, bölgədə sülhün təminatı üçün Putini sakitləşdirmək və inandırmaq vacibdir:
"Bu gün Ukraynaya qarşı nüvə silahı tətbiq etmək üçün ciddi hazırlıq işləri görən Putin başını itirib. Bu müharibə istənilən halda onun məğlubiyyəti ilə bitəcək. Putin indiyə qədər buraxdığı səhvlərin girovuna çevirilib. Hazırda onun sağa-sola saldırması və dünyanı dağıdacağı ilə hədə qorxusu onun şəxsi təhlükəsizliyi sağ qalmaq uğrunda mübarizəsidir".
Aynurə Demokrat.az


