Xarici siyasət

Türkiyəli səfir Hikmət Hacıyevə: “Sonadək qardaş Azərbaycanın yanındayıq”

Türkiyəli səfir Hikmət Hacıyevə: “Sonadək qardaş Azərbaycanın yanındayıq”

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabından xəbər verib:

“Prezident köməkçisi Hikmət Hacıyevlə görüşdük. Qarabağ Zəfərinin xatirəsinə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin zərbxanasında zərb edilən gümüş pulu hədiyyə etdim.

Türkiyə haqlı mübarizəsində sona qədər qardaş Azərbaycanın yanındadır”.

D
demokrat.az