Dünya Özəl

“Müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir” — AÇIQLAMA

“Müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir” — AÇIQLAMA

“Rusiyanın Ukraynada apardığı işğalçı müharibə onsuz da ruslar arasında ciddi narazılıq yaratmışdı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq bildirib ki, müharibə ruslar üçün mənəvi baxımdan ağırdısa, qeyri-rus olan Rusiya vətəndaşları üçün bütünlüklə problemdir:

“Müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir” — AÇIQLAMA

“Bilirik ki, Dağıstanda əhali etirazlara başlayıb, buna səbəb də səfərbərlik qərarının ümumi Rusiyada elan edilməsinə baxmayaraq, Ukrayna ilə döyüşlərin getdiyi təmas xəttinə daha çox qeyri-rusların göndərilməsidir. Yəni, Rusiya dövləti faktiki olaraq qeyri-rusları ölümə göndərir. Müharibəyə göndərilənlər 25-30 yaş aralığında olan qeyri-ruslardır. Bu isə əhalinin əsas artım dinamikasına təsir edən yaş qrupudur. Başqa sözlə, müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir”.

Aynurə Demokrat.az

D
demokrat.az