Region

Səfərbərlik elanından sonra Rusiyadan Qazaxıstana 98 min nəfər keçib

Səfərbərlik elanından sonra Rusiyadan Qazaxıstana 98 min nəfər keçib

Sentyabrın 21-dən (Rusiyada qismən səfərbərlik elan edildikdən sonra - red.) Qazaxıstana 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, 64 mindən çoxu isə respublikanı tərk edib.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 21-dən ölkənin 8000-dən bir qədər çox qeyri-rezidenti Qazaxıstanın fərdi identifikasiya nömrələrini alıb.

D
demokrat.az