Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Zakon.kz” saytı məlumat yayıb.
Kayrat Satıbaldıulı cəzasını orta təhlükəsizlik müəssisəsində çəkəcək.
Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən, K.Satıbaldıulının milli təhlükəsizlik orqanlarının general-mayoru xüsusi rütbəsindən, habelə dövlət təltiflərindən, o cümlədən “Kurmet” və “Parasat” ordenlərindən məhrum edilməsi gözlənilir.
Nazarbayevin qardaşı oğlunun adının vəzifə səlahiyyətlərindən istifadə edərək korrupsiya cinayətlərinə qarışdığı qeyd olunur.


