Hadisə

Azərbaycanda məktəbli qız binadan yıxıldı

Azərbaycanda məktəbli qız binadan yıxıldı

Şirvanda 13 yaşlı məktəbli qız binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

Demokrat.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Haqverdiyeva Aydan Aydın qızı kirayə yaşadıqları binanın 3-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan qız Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az