İrəvanın "Zvartnots" hava limanında Rusiya prezidenti Vladimir Putinin fotosu olan plakat yoldan götürülüb.
Demokrat.az xəbər verir ki, Putinin plakatının yeriniABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin şəkli tutub.
Buna səbəb kimi Pelosinin İrəvana səfəri qeyd olunur.
Qeyd edək ki,ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün İrəvana gəlib.
Pelosi və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə "Zvartnots" hava limanına eniş edib.
Nensi Pelosi iki günlük səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.



