İdman

“Qarabağ”dan ikinci qol — YENİLƏNİR

“Qarabağ”dan ikinci qol — YENİLƏNİR

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Demokrat.az-ın məlumatına görə, "köhlən atlar" hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0.

Komandanın heyətində 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

***22:07

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Demokrat.az-ın məlumatına görə, "köhlən atlar" hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.

Komandanın heyətində 65-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***22:01

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.

Demokrat.az-ın məlumatına görə, "köhlən atlar"ın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə fərqlənib.

***21:46

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

Demokrat.az-ın məlumatına görə, qarşılaşmada hesab açılmayıb.

***21:30

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Demokrat.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***20:45

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.

Demokrat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

D
demokrat.az