“Son hadisələr Ermənistan ordusunun genişmiqyaslı təxribatıdır və məsuliyyət Ermənistanın hərbi-siyasi hakimiyyətinin üzərinə düşür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deutat son döyüşlərdə Silahlı Qüvvələrimizin 50 əsgərinin şəhidlik zirvəsinə ucaldığını vurğulayıb:
“Ordumuz böyük qəhrəmanlıq onların intiqamını artıqlaması ilə aldı. Düşmənin yüzlərlə canlı qüvvəsi məhv edildi, əsir götürüldü. Havadan müdafiə sistemləri, hərbi hissələri, müdafiə istehkamları, bir çox ağır silahları darmadağın edildi, milyardlarla ziyan vuruldu. Təbii ki, normalda Dünya Birliyi Ermənistanın son təxribatlarına susmamalı, münasibət bildirməlidir. Əfsuslar olsun ki, son 30 ildə biz dünya birliyinin ədalətsiz, ikili standartlardan irəli gələn münasibəti ilə üzləşdik. Konfliktin nizamlanması ilə məşğul olmalı beynəlxalq təşkilatların üzvlərinin hər biri isə öz dövlət və yaxud şəxsi maraqlarından çıxış etməklə, ən yaxşı halda münaqişənin konservasiyası ilə məşğul oldular. Ona görə də, Müzəffər Azərbaycan Ordusu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə, son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində torpaqlarımızın işğalına son qoydu. Beynəlxalq birliyin həll etməli problemi təkbaşına həll etdi. Yenə də, təəssüflər olsun ki, təşəkkür əvəzinə, müxtəlif ədalətsiz bəyanatların şahidi olduq. Ona görə də, kimdənsə, haradansa nəsə gözləməkdənsə, öz gücümüzə, qardaş ölkələrə arxalanmalıyıq”.
Aynurə Pənahqızı Demokrat.az


