Kriminal

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

Demokrat.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan rayon sakini Firdovsi Cəfərovdur. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az

D
demokrat.az