Gündəm Özəl

Deputatdan Zatulinə ETİRAZ: “Bu insan 20 ildən artıqdır ki, fil yuxusundadır”

Deputatdan Zatulinə ETİRAZ: “Bu insan 20 ildən artıqdır ki, fil yuxusundadır”

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Dağlıq Qarabağı Respublika Günü” münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev açıqlama verib.

“Qədim yunan mifologiyasında belə bir nəzəriyyə var ki, əgər Allah-təala hansı insanı bədbəxt etmək istəyirsə, onun ağlını əlindən alır. Mən düşünürəm ki, bu Zatulin ya psixoloji cəhətdən xəstə adamdır, ya da ki, bu adam yatıb, fil yuxusundadır və xəbəri yoxdur ki, artıq bu məsələ tam həll olunubdur. Torpaqlar qayıdıb və o qalan hissə də hansı ki, rus sülhməramlı qoşunları qoruyur, onlar da Xankəndidə gündəlik statistikada görünür ki, oradan qaçırlar. Hazırda Xankəndidə evlər köpük-quruşa satılır. Təxminən o evin burada qiyməti heç bir balaca qarajın da qiyməti deyil, yəni ondan da ikiqat aşağıdır. Ümumiyyətlə, bu insanda psixoloji problem var. Bu, yuxuluyub. 20 ildən artıq yuxudadır, indi də təzə durub. Onun xəbəri yoxdur ki, biz artıq orada quruculuq və bərpa işlərinə başlamışıq. Orada quruculuq işləri gedir, üç hava limanı tikilir. Biri artıq təhvil verilib, ikincisi də bu yaxınlarda tam təhvil veriləcək. Yollar salınıb 100 km-lərlə, işıqla, su ilə, qazla təchiz olunub. Yeni biznes layihələri həyata keçirilib və Azərbaycanın bu addımlarını, Azərbaycanın bu siyasətini elə Rusiyanın özü dəstəkləyir. Bunun ondan da xəbəri yoxdur ki, bunun rəhbərliyi istər parlament rəhbəri, istər dövlət rəhbəri bizim bütün səylərimizi dəstəkləyirlər. Xəbəri yoxdur ki, Cənab Putinin özünün qolu var 10 noyabr sazişinin altında və eləcə Cənab Putin özü məcbur edir. Bu, Zatulinin yadından çıxıbdır ki, BMT-nin 4 qərarı var, Avropa strukturunun dəfələrlə qərarları var ki, bu, suveren Azərbaycan ərazisidir, Azərbaycanın işidir. Bu insanda müəyyən problemlər hiss edirəm, psixi xəstəlikliyə düçar olubdur. Ona görə də, belə məktublar yazır. Bu, birinci və ikinci dəfə deyil. Papağını qabağına qoysun, bir düşünsün kimə yazır, necə yazır? Bu, əzraillə çilingəlaz oynamaq istəyir? Bu, kimin tərəfinə işləmək istəyir heç özü də bilmir. Artıq məsələ həll olunub! Zatulin bilsin ki, bu məktubları ilə, çıxışları ilə belə məzmunda fikirlərlə yüz milyon insanlarla düşmən olur. Onu da başa düşməlidir. Elə Rusiyanın özündə də buna kəskin formada cavablar yazırlar. Ona görə, bir təklif var: "Əgər imkanı varsa, getsin bir yoxlanılsın. Baxsın görsün, bunun psixoloji problemi nədir, ondan sonra qayıtsın iş yerinə və birdə düşünsün!”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az