Gündəm

Qazaxıstan prezidenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa çağırıb

Qazaxıstan prezidenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa çağırıb

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Azərbaycan və Ermənistanı danışıqlara çağırıb.

Bu barədə prezidenti KTMT-nin iclasında çıxışı zamanı bildirib. Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, KTMT-nin bu gün keçirilən iclasında Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumatı dinlənilib.

“İclasda çıxış edən Qazaxıstan prezidenti münaqişənin yalnız siyasi-diplomatik yollarla həllinin zərurliyini bildirib. Tokayev vəziyyətin sabitləşməsi üçün bütün mümkün tədbirlərin görülməsinə çağırıb. Dövlət başçısı gücdən istifadədən imtina etməyə, dərhal danışıqlara başlamağa çağırıb“-deyə açıqlamada vurğulanıb.

Demokrat.az

D
demokrat.az