Gündəm Özəl

“Gələcəkdə Ermənistan dövləti çox çıxılmaz və çətin vəziyyətə düşə bilər”— Laçının deputatı

“Gələcəkdə Ermənistan dövləti çox çıxılmaz və çətin vəziyyətə düşə bilər”— Laçının deputatı

“Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribatçı hadisələrdə bütün məsuliyyət Ermənistanın siyasi və hərbi hakimiyyətinin üzərinə düşür. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra Ermənistanla normallaşmaq, sülh müqaviləsini imzalamaqla bağlı öz təkliflərini irəli sürüb və bu istiqamətdə də bir neçə görüşlər keçirilib. Azərbaycan tərəfi müharibədə qalib gəlməsinə, torpaqları işalndan azad etməsinə baxmayaraq, gələcəkdə sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə özünün sülh əlini uzadıbdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Deputat vurğulayıb ki, Ermənistan tərəfi bir tərəfdən bu danışıqları guya davam etdirir, amma başqa bir tərəfdən isə Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Azərbaycanın sərhədlərindən qaydaları pozmaqla bağlı işlər həyata keçirir.

“Bu hadisələr içərisində də məhz sentyabrın 13-də baş vermiş hadisə Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın əmrlərinə uyğun olaraq Azərbaycan torpaqlarımızı, xüsusilə sərhədlərimzin qorunması ilə bağlı işləri yüksək səviyyədə həyata keçirməkdədir. Düşmənin layiqli cavabı verilməkdədir və düşmən bir daha Azərbaycan Ordusunun gücünü və qüvvəsini görməlidir. Hər an Azərbaycan Ordusu özünün arsenalında olan müasir silahlar vasitəsilə və eyni zamanda canlı qüvvəsi vasitəsilə Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin etməyə hazırdır. Bu nöqteyi-nəzərdən sentyabr ayının 13-dəki hadisələr bunu bir daha bunu sübut etdi. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi gələcəkdə Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh danışıqlarını və sülh proseslərini uzatmaqla məşğuldur. Mənim fikrimcə, Ermənistan tərəfi bir daha anladı ki, regionda, xüsusilə də, Cənubi Qafqazda Azərbaycanın gücü, imkanları, istər iqtisadi, istər siyasi, istərsə də hərbi gücü artıq hiss olunmaqdadır. Biz bunu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tamamilə işğaldan azad etdiyimiz vaxt göstərmişdik, onun ardınca Qarabağda bəzi postların götürülməsi ilə bağlı Azərbaycan Ordusunun gücü, qüvvəsi göstərilmişdir. Bu dəfə isə sərhədlərdə Azərbaycan ordusu öz gücünü, qüvvəsini göstərdi”.

“Belə olduğu təqdirdə, Ermənistan tərəfi anlamılıdır ki, gələcəkdə Azərbaycanla birlikdə sərhədləri tanımaq, sülh müqaviləsini imzalamaqdan başqa digər bir yol Ermənistan üçün faciəvi yola çevrilə bilər. Beləliklə, gələcəkdə Ermənistan dövləti çox çıxılmaz və çətin vəziyyətə düşə bilər. Azərbaycan Ordusuna uğurlar arzu edirəm. Hesab edirəm ki, bundan sonrakı müddətdə də düşmənin layiqli dərsi Azərbaycan tərəfindən veriləcəkdir”, - deyə deputat qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az