Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb.
Bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Oxu.Az-a verilən məlumatda deyilir:
“Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur”.
Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:
“Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur”.
İcra hakimiyyəti isə zənglərimizi cavabsız qoydu.


