Kriminal

Bakıda 228 minlik dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə qarşısında

Bakıda 228 minlik dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə qarşısında

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Mustafa Kemal İbilinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İş üzrə ümumilikdə 3 zərərçəkmiş var.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Bakı şəhər sakini Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Türkiyə vətəndaşı Mustafa Kemal İbili tərəfindən aldaldığını bildirib.

Belə ki, Kemal Mustafa 67 yaşlı Cavanşir Məmmədovun etibarından istifadə edərək ondan 13 min manat və 126 min 500 dollar (ümumilikdə 228 050 manat) pul alıb və geri qaytarmayıb.

Daha sonra Türkiyə vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, daha 2 nəfərə - Rüfət Əhmədov və Rəfiqə Qafarovaya da dələduzluq edib.

Kemal Mustafa barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. /Pravda.az

D
demokrat.az