İqtisadiyyat

500 avro əsginası dövriyyədən çıxır

500 avro əsginası dövriyyədən çıxır

Avropa Mərkəzi Bankı 500 avro əsginasının buraxılışını dayandırıb.

Bu haqda “Bloomberg” məlumat verir.

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqının üzvü olan 19 ölkədən 17-si hələ yanvarda bu əsginasın istehsalını dayandırmışdı. Yalnız Avstriya və Almaniya buraxılışı davam etdirirdi. Daha bu ölkələrdə də “500-lük” çap olunmayacaq.

Avronun ən böyük əsginasının buraxılışını dayandırmaq ideyası hələ 2016-cı ildə ortaya atılmışdı. Avropa İttifaqı hesab edir ki, bu, qanunsuz fəaliyyətə rəvac verən amillərdəndir.Avropalılar 500 avro əsginasını yenə istifadə edə biləcək. Sadəcə, banklar hər imkandaca “500-lük”ləri dövriyyədən çıxaracaq.Avropada son illər 50, 100, 200 avro əsginaslarının müdafiə elementlərini artırıb. Təhlükəsizlik gücləndirilib.

D
demokrat.az