Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, porno görüntülərə daha çox işsiz-gücsüz insanlar baxır:
“Təəssüflər olsun ki, hazırda bəzi insanların səviyyəsi, dünyagörüşü aşağı, vaxtları ilə çoxdur. Pornoqrafiya elə bir şeydir ki, yaşla əlaqədar olaraq insanları cəlb edir. Azərbaycanda bu məsələ bir az qapalıdır. Ona görə də, bəziləri özləri üçün müəyyən məlumatlar toplamaq məqsədilə belə saytlara daxil olur. Onu da qeyd edim ki, bəzi gənclər ümumiyyətlə gic-gic şeylərə baxmaqdan zövq alırlar. Hər halda bu göstərici çox mənfi haldır. Təbii ki, hamı maraqlanıb, bu saytlara bir-iki dəfə baxa bilər. Ancaq bu cür saytlara sistematik olaraq baxmaq xəstəlikdir”.
Ə.Qəşəmoğlu xüsusilə vurğulayıb ki, internet platformalarından daha çox dağıdıcı qüvvələr istifadə edir:
“Mənəvi sistemin dağılması üçün pornoqrafik kanallar çox mühüm vasitədir. Bununla ailədaxili münasibətlərə, ər-arvad münasibətlərinə ciddi zərər vurulur. Bu dəqiqə rusdilli pornoqrafik kanallarda ana, bacıs, ata ilə əlaqə qurmağı təbliğ edən pornoqrafiq videolar yayılır. Həmin materiallara bizim gənclər də baxırlar. Biz bu məsələni başlı-başına qoymuşuq, maraqlanan yoxdur, lakin vəziyyət çox qorxuludur. Çünki bu cür pornoqrafik yayımlar ölkədə mənəvi dəyərlər sisteminin dağılmasına çox ciddi təsir edən amildir”.
Sosioloq təhlükənin qarşısını almağın yollarını belə izah edib:
“Biz İran və bir sıra başqa dövlətlər kimi davrana bilmərik. Yəni kəskin qadağalar tətbiq etməyimiz düzgün olmaz. Daha mülayim üsullarla üstörtülü əhaliyə məsələni izah etməliyik. Yeniyetmələrə, valideynlərə pornoqrafiyanın dağıdıcı vasitə olduğunu aydın izah etməliyik. İnsanlar bilməlidir ki, pornoqrafiya sadəcə əyləncə üçün yox, həm də mədəniyyət sistemini dağıtmaq üçündür. Həmin dağıdıcı qüvvələrə ölkəmizdə kömək edənlər varsa, onlarla da maarifləndirici söhbətlər aparılmalıdır. Həmin şəxslər də biləcək ki, nəzarət var və məsuliyyətli olmaq lazımdır. Ancaq 19-20, 25 yaşlı gəncə desək ki, o kanallara baxma, əksinə daha çox baxacaq. Psixoloqların, sosioloqların köməyi ilə düşünülmüş, elmi əsaslı fəaliyyət proqramı olmalıdır. Gənclərimizin psixologiyası nəzərə alınmaqla, onları qorxutmamaqla maarifləndirici işlər görülməlidir. Burada dini idarələrin xətti ilə də bir çox iş görmək olar”. /Modern.az


