Kriminal Özəl

Sumqayıtda kirayəşin ev sahibinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda kirayəşin ev sahibinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Bəhlula (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram bildirib ki, Bəhlulu 2018-ci ilin yanvar-fevral alarında ona məxsus olan evdə kirayədə yaşadığı müddətdən tanıyır:

“Bəhlul həmin müddətdə mənə məxsus olan mənzildə kirayədə yaşayıb. Həmin mənzildən çıxdığı zaman da kirayə haqqından 50 manat borclu qalb. Ödəyəcəyini bildirsə də, ödəməyib. Həmin vaxtdan Bəhlulu görməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 23.00-da piyada yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən işıq idarəsinin yaxınlığında əvvəllər mənzilində kirayədə yaşamış Bəhlulu görüb:

“Onunla salamlaşmışdıq, söhbət etdik. Söhbət zamanı da Bəhlulun 2018-ci ilin yanvar-fevral aylarında mənzilində kirayədə yaşadığı müddətdə kirayə haqqından borclu qalmış olduğu 50 manat pulu tələb etdim. Hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman mənə olan 50 manat borcu ödəyəcəyini dedi. Mən də pulumu indi istədiyimi dedim. Bəhlul da hazırda imkanı olmadığını bildirərək ünvanıma nalayiq ifadə işlətdi. Ümumiyyələ həmin pulu verməyəcəyini dedi. Bundan əsəbiləşərək sağ əlim ilə sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurdum”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Bəhramın barəsində ittihamedici hökm çıxarılmayıb.

Buna səbəb Bəhramın zərərçəkmişlə barışması, zərərçəkmişin ondan şikayətçi olmaması olub.

Məhkəmə Bəhramın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az