Ermənistan dövlətə xəyanətə görə ölüm cəzasını tətbiq etmək istəyir.
Demokrat.azxəbər verir ki, bu təkliflə ölkənin baş prokuroru Artur Davtyan çıxış edib.
A.Davtyan fikrincə, regionda mövcud təhlükəsizlik çağırışları belə bir qərarın verilməsini labüd edir.
Prokuror Ermənistanın ölüm hökmü ilə bağlı beynəlxalq-hüquqi öhdəliklərinin olmadığını deyib.
O, bu məsələ ilə bağlı Konstitusiyaya dəyişiklikləri üzrə Şuraya və ədliyyə naziri Karen Andreasyana müvafiq dəyişiklikləri etmək üçün müraciət edib.
Zamiq Demokrat.az


