Media Özəl

“Toliki, Samiraldonu göstərəndə, gecə-gündüz Bayram Nurludan xəbər yazanda…” — Baş redaktor

“Toliki, Samiraldonu göstərəndə, gecə-gündüz Bayram Nurludan xəbər yazanda…” — Baş redaktor

“Təəssüflər olun ki, tariximizə, tarixi abidələrimizə laqeyd münasibət bu gün də davam edir. Biz cəmiyyət olaraq tarixi abidələrimizi tanıda bilmədiyimiz kimi, həmdə onları yaxşı qoruya, gələcək nəsillərə ərməğan etməyi bacarmırıq. Siz də razılaşarsınız ki, gənc nəsil tarixi abidələrimizi yetərincə tanımır. Bu da ilk növbədə onların yaxşı təbliğ olunmaması ilə bağlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktor qeyd edib ki, bu məsələdə laqeydlik aşkar sezilir:

“Görünür tarixi abidələrin təbliği pullu sahə olmadığı üçün bu işə maraq göstərənlər də azdır. Hansı ki, həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tarixi abidələrimizin tanıdılmasında maraqlı olmalıdır. Bu iş həm də könüllülər hərəkatının fəaliyyətinin prioritet hissəsini təşkil etməlidir. Tarixi abidələrimizi yaxşı tanımamaq təkcə gənclərimizin günahı deyil. Ola bilsin ki, kiminsə yolu həmin abidələrin yanından düşməyib. Bəs televiziyalar niyə həmin abidələri göstərmir? Saytlar, qəzetlər niyə bu barədə az yazır? Aydın məsələdir ki, biz gənclərimizə Toliki, Samiraldonu göstərəndə, gecə-gündüz Bayram Nurludan xəbər yazanda onlar da həmin adamları tanıyacaq. Tarixi abidələrimiz tariximizin bir parçasıdır. Ona sahib çıxmaq hər birimizin borcudur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az