Sosial

MİQ üzrə növbəti müsahibə keçirildi

MİQ üzrə növbəti müsahibə keçirildi

Bu gün internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Demokrat.az-a bildirilib ki, müsahibələrə 161 namizəd dəvət edilib.

Onlardan 134 namizəd müsahibə mərhələsində iştirak edib.

Müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.

D
demokrat.az