Bakıda "12-ci İmam Mehdi" kimi təqdim edib və 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.azxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Anar Aslanov ifadə verib.
O bildirib ki, Bakı Dövlət Universitetinin hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Onun sözlərinə.görə, Aqil Babayevi 2004-cü ilin dekabrında tanıyıb və onun evində keçirilən dini məclislərdə iştirak edib. Qeyd edib ki, Aqil Babayev ona axirət dünyasında savab qazanacağına kömək edəcəyini vəd verib.
Onun sözlərinə görə, Aqil Babayev onu cəmiyyət içərisində gizli saxlanıldığını, lazım gələcəyi vaxt zühur edəcəyinə inandırıb: ""Axirət dünyasında savab qazanacağıma kömək edəcəyinə inandım və ona 585 min manat verdim".
Zərərçıkmiş qeyd edib ki, 2021-ci ilin iyulunda Aqil Babayevin onları aldatmasınl bilib və ondan pulunu tələb edib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Aqil Babayev ona pulunu Əhmədli qəsəbəsində olan evdən götürməyi deyib. Bildirib ki, o da həmin evə.gedib və pulu da götürüb: "Evdəki iş otağından içərisində bir hissəsi dollar olmaqla 525 min manat götürdüm. Evdən götürdüyüm torbanın içərisində sonradan qızıl da olduğunu gördem və qızılları sonradan Vüqar vasitəsilə geri qaytardım".
Aqil Babayev isə ittihamı qəbul etməyib. Bildirib ki, Aqil Babayev və bir neçə nəfər onu döyüb, evində axtarış aparıblar.
Növbəti proses avqustun 30-da davam edəcək.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Müəyyən edilib ki, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.
Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


