Gündəm

Emin Əmrullayev: “Elə müəllimlər var ki, şagird qarşısına çıxarılması günahdır”

Emin Əmrullayev: “Elə müəllimlər var ki, şagird qarşısına çıxarılması günahdır”

Elə müəllimlər var ki, ibtidai sözünü “iptidai, ibtidayi” yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, ona görə həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın:

“Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək”.

Demokrat.az

D
demokrat.az