Ermənistan ordusunun daha bir hərbi qulluqçusu ölüb. Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Müqaviləli hərbi qulluqçu, 1976-cı iltəvəllüdlü Arşaluys Hovannisyanın hansı şəraitdə öldüyü məlum deyil. Hərbçinin ölümü ilə bağlı tibbi ekspertizatəyin edilib. Bundan əvvəl avqustun 4-də Ermənistanda daha bir hərbçi təlim zamanı ölmüşdü.
Demokrat.az


