İdman

İslamiada: Stolüstü tennisçilərimizdən uğurlu start

İslamiada: Stolüstü tennisçilərimizdən uğurlu start

Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə uğurla başlayıb.

Demokrat.az xəbər verir ki, Emin Məmmədov kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib. Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq.

Digər idmançımız Adil Əhmədzadə isə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.

Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

D
demokrat.az