İdman

Milli Olimpiya Komitəsinin baş katibi mükafatlandırıldı

Milli Olimpiya Komitəsinin baş katibi mükafatlandırıldı

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

MOK-un Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, o, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhvə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, Azər Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.

D
demokrat.az