Azərbaycan taekvondoçusu Mehdi Budaqlı dünya birinciliyinin qalibi olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 33 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Bolqarıstanın paytaxtı Sofiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, M.Budaqlı, Azərbaycan taekvondo tarixində ilkə imza atıb. Belə ki, bunadək taekvondçularımız Yeniyetmələrin dünya birinciliyində qızıl medal qazana bilməmişdi.





