Gündəm Özəl

“Rusiyanın Avropaya şantajı ciddi mənada müsbət nəticələnə bilər” — ŞƏRH

“Rusiyanın Avropaya şantajı ciddi mənada müsbət nəticələnə bilər” — ŞƏRH

Rusiya Avropaya qaz nəqlini minimum həddə salıb. “Qazprom” şirkətinin iyulunun 25-də açıqladığı məlumatda “Şimal axını 1” kəməri ilə qaz nəqlinin mövcud gündəlik 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azaldıldığı bildirilib. Bəs, bunu Rusiyanın siyasi şantajı kimi qiymətləndirmək olarmı?

Məsələyə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya əslində bununla bir neçə hədəfə hesablanılmış addım atır:

“Birinci odur ki, bəzi texnoloji məhsullara qarşı Rusiyaya ixracına qadağa var. Məsələn, Rusiya özü Kanadaya göndərdiyi qaz turbinini təmirdən sonra geri ala bimir. Eyni zamanda, yeni neft-qaz quyuları qazmaq üçün, onları hasil etmək üçün yeni qazma avadanlıqları, yeni turbinlər və digər texnoloji vasitələr əldə edə bilmir. Rusiya bununla dünyanı şantaj edir ki, yəni əgər texnoloji vasitələr Rusiyaya çatmasa, onda Rusiya məcbur olub Avropaya qaz nəql edə bilməyəcək. Bununla da, texnoloji və digər sanksiyaların qarşısını almağa çalışır”.

“Rusiyanın Avropaya şantajı ciddi mənada müsbət nəticələnə bilər” — ŞƏRH

Politoloqun sözlərinə görə, məsələnin ikinci tərəfi isə odur ki, qarşıdan soyuq qış gəlir və artıq sentyabr ayından başlayaraq bütün Avropada Rusiya qazına tələbat artacaq:

“Rusiya bundan istifadə edərək artıq indidən Avropa əhalisinə psixoloji təzyiq yaradır. Artıq Avropa hökumətləri də Rusiya ilə dil tapmağa çalışır. Çünki artıq İtaliyada, Böyük Britaniyada və bir sıra ölkələrdə dövlət rəhbərləri istefa verməyə məcbur olub. Burada düzdür, müəyyən fərqli səbəblərdən də olsa, səbəbləri içində iqtisadi səbəblər və əhalinin artıq bu sanksiyalardan, onların nəticəsində artan qiymətlərdən narazılığı da əhəmiyyətli rol oynayır. Aydın məsələdir ki, artıq Almaniya kimi ölkədə işçilər qışa kömür tədarükü görməyə çalışırlarsa, onda deməli Rusiya üçün bu şantaj ciddi mənada müsbət nəticələnə bilər”.

T. Rzayev vurğulayıb ki, Avropanın qaz ehtiyatları artıq qaz anbarlarında yoxdur, yeni qaz mənbəyi tapmaq da isə çətinlik çəkirlər:

“hesab edirəm ki, onlar məcbur olub Rusiyanın qaz alma şərtlərinə razılaşa bilər. Rusiya da indidən qaz ixracını azaltmaqla, Avropanı daha asılı vəziyyətə salmaq istəyir. Üçüncü məsələ isə odur ki, Avropa iqtisadiyyatı bundan çox ciddi zərər çəkir. Çünki həm artan qaz qiymətləri, həm də qaz qıtlığına görə artıq Almaniya sənayesi mənfi nəticələr verməyə başlayb. 30 ildən çoxdur ki, Almaniya iqtisadiyyatı həmişə müsbət saldo ilə xarici ticarəti əməliyyatı həyata keçirib. Ancaq ilk dəfə bu il Almaniya iqtisadiyyatı, bəlkə də son 50 ildə ilk dəfədir ki, 1 milyard həcmində mənfi saldo verəcək. Əlbəttə ki, Avropa İttifaqı, ümumiyyətlə Avropa iqtisadi matoru sayılan Almaniyanın iqtisadiyyatının ucuz rus qazından asılı olması və ucuz rus qazı almadan özünün normal funksiyasını yerinə yetirə bilməməsi, iqtisadi cəhətdən də Avropada çox böyük təzyiq yaradır. Eyni zamanda, dünyada həm buğda qıtlığı, həm də qaz və enerji qiymətlərinin artması ilə bütün Avropada həm qida qıtlığı var, həm də qiymətlər həddindən çox artıb. Bu da Rusiyaya əlavə təzyiq mexanizmi yaradır”.

“Düşünürəm ki, bütün bunları üst-üstə gəldikdə, Rusiya həm Avropada siyasi qeyri-sabitlik yaratmağa çalışır, həm də texnoloji sanksiyaları və digər sanksiyaları deşməyə çalışır. Eyni zamanda Avropa iqtisadiyyatında yeni təlatümlərə səbəb olaraq Avropa və Avropanın qışa əlavə qaz ehtiyatının yığmasının qarşısını alaraq, məcbur etmək istəyir ki, ən azı qş aylarında Avropa İttifaqı ABŞ ilə ümumi mövqedən çıxış etməsin, Rusiya ilə separat danışıqlara keçməyə məcbur olsun”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az