Dünya

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Bubarədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.

Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.

Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.

İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az