İdman

“Qarabağ” “Sürix”ə qalib gəldi — YENİLƏNDİ

“Qarabağ” “Sürix”ə qalib gəldi — YENİLƏNDİ

“Qarabağ”-“Sürix” qarşılaşması təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

20:50 xxx

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub.

20:24 xxx

Azərbaycan çempionu “Qarabağ”“Sürix”lə qarşılaşmada hesabda önə keçib.

Təmsilçimizin heyətində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb.

xxx 20:02

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.

D
demokrat.az