"44 günlük tarixi Vətən müharibəsində əldə edilən qələbədən sonra bu gün işğaldan azad edilən Qarabağa ilk köç gerçəkləşəcək. Belə ki, bu gün Böyük Qayıdış siyasəti çərçivəsində Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, 30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır: "Hətta, mən deyərdim Zəngilanın Ağalı kənd sakinləri bir neçə saat sonra 29 ildir həsrətində olduqları yurdlarındakı yeni evlərinə çatacaqlar. Bu tarixi bir hadisədir. Hansı ki, Qarabağın işğal tarixinə Qarabağa Böyük Qayıdış tarixi əlavə ediləcək.
Əlbəttə ki, bu prosesin gec tez olacağını biz bilirdik. Lakin bu qədər tez olacağını etiraf etmək lazımdır ki, gözləmirdik".
T.Rzayev əlavə edib ki, ölkə başçısının uzaqgörən siyasəti təbii ki, burada da bizi təəəccübləndirməyə davam edir: "Məsələ ondadır ki, Zəngilan işğaldan azad olunarkən ölkə başçısı prezident İlham Əliyev həmin gün xalqa buranın sakinlərinin ən qlsa zamanda öz ata- baba yurdlarına qayıdacaqları sözünü vermişdi. Prosesin ilkin mərhələsində 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Prezident və xanımı Birinci vitse-Prezident Mehriban xanım Zəngilana səfəri əsnasında xüsusi ilə burada görülən quruculuq infrasturktur işləri ilə yaxından tanış olur, öz təklif və iradlarını bildirir. Və yenə ölkə başçısı buradan bir daha Zəngilan sakinlərinə ən qısa zamanda ata-baba yurdlarına qayıdacaqlarını elan etmişdi. Hesab edirəm biz hazırda işğaldan azad edilən Qarabağa Böyük Qayıdış siyasətinin şahidi oluruq. Bu, ilkdir, ancaq son deyil. Qarşıdakı aylarda biz digər işğaldan azad edilən ərazilərə vətəndaşlarımızın qayıdışının şahidi olacığıq".
Aynurə Pənahqızı
Demokrat.az


