Şou-biznes Özəl

"Dedim ki, bir daha yubiley qeyd etməyəcəyəm" — Əməkdar artist

Dedim ki, bir daha yubiley qeyd etməyəcəyəm — Əməkdar artist

Əməkdar artist, sevilən aktrisa Nahidə Orucova bu gün doğum gününü qeyd edir. 61 yaşlı aktrisa əzizlərini, doğmalarını, qohumlarını ətrafında toplayıb ailə məclisi düzənləyib. Böyük ad günü keçirməyəcəyinə söz verən aktrisa bunun səbəbini açıqladı.. Sən demə onun 55-ci doğum günü ilə bağlı pis xatirəsi var..

“Mən 55 yaşımı böyük restoranda, toy kimi qeyd elədim. Ələkbər Kazımovski həmin günü rəhmətə getdi. Mən də dedim ki, mən də bir də yubiley etməyəcəyəm.” Elə bundan dolayı, aktrisa bu gün dostları, əzizləri ilə birlikdə sadə qeydetmə planlayır.

Demokrat.az saytına müsahibəsində belə deyib:

“Öz dostlarımın ətrafında, qohumlarımın, əzizlərimin ətrafında qeyd edəcəm ad günümü. Özümə ancaq can sağlığı arzu edirəm. Mənə deyirlər ki, neçə yaşın olur? Deyirəm, 61. Amma mən özümü 61 yaşımda hiss eləmirəm, 20-25 yaşımda hiss edirəm.”

Hər zaman şən-şux görünən, gəncruhlu aktrisa bunun sirrini açıqladı.

“Gənc ruhlu olmağımın səbəbi də odur ki, heç vaxt heç kimə paxıllıq eləməmişəm, problemdən, qalmaqaldan uzaq dururam həmişə.” Nahidə xanım deyir ki, onun üçün ən böyük hədiyyə tamaşaçı diqqəti, sevgisidir.

“İlk hədiyyəmi gözəllik salonunda qızlardan aldım- məni bəzdilər-düzədilər hədiyyə olaraq. Düşünürəm ki, ən böyük hədiyyə mənə olan diqqət, məhəbbətdir. Səhər oyanandan o qədər təbriklər almışam, o qədər gözəl sözlər eşitmişəm, bəs bu hədiyyə deyil? O hörməti mən özüm qazanmışam. Mənə hər bir tamaşaçımın sevgisi, diqqəti çox dəyərlidir.”

Maya İmran Demokrat.az

D
demokrat.az