Hadisə

Sumqayıtda boğulan ana və oğlunun meyiti tapıldı — YENİLƏNİB

Sumqayıtda boğulan ana və oğlunun meyiti tapıldı — YENİLƏNİB

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və övladı, 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. N.Kərimovun meyiti sahildə aşkar olunub.

20:31 Sumqayıtda ana və övladı dənizdə boğulub.

Demokrat.az-ın məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.

D
demokrat.az