Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefonla danışıb.
Demokrat.azxəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İsrailin Baş naziri Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Eyni zamanda Ərdoğan Y.Lapidi Baş nazir vəzifəsinə keçməsi ilə bağlı təbrik edib.
Telefon danışığında ikitərəfli münasibətlər və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Demokrat.az


