İdman

“Qarabağ”ın oyununa bileti haradan almaq olar?

“Qarabağ”ın oyununa bileti haradan almaq olar?

İyulun 12-də “Qarabağ” və Polşanın “Lex” klubları arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab oyunu baş tutacaq.

Demokrat.az xəbər verir ki, matçın biletlərinin satışı aşağıdakı məntəqələrdə təşkil olunur:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (10:00-dan 20:00-dək).

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.

D
demokrat.az