Dünya

Zelenski beş ölkədəki səfiri geri çağırdı

Zelenski beş ölkədəki səfiri geri çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini geri çağırıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.

Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos Çexiya, İqor Polix isə Ukraynanın Hindistandakı səfirləri vəzifəsindən geri çağırılıb.

D
demokrat.az