Hadisə

Ağstafada gənc arı sancmasından öldü

Ağstafada gənc arı sancmasından öldü

Ağstafada bədbəxt hadisə baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Göycəli kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, gənc oğlan xəstəxanada dünyasını dəyişib.

Məlumata görə İ.Qəhramanov qonaq getdiyi evdə arı sancıb. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az