Maraqlı Özəl

Yaponiyada ilan 10 min sakini işıqsız qoydu

Yaponiyada ilan 10 min sakini işıqsız qoydu

Yaponiyada qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Yaponiyanın Fukusima əyalətində 10 min sakin işıqsız qalıb.

Hadisə yerinə gələn yetkililər transformatora baxış keçiriblər və orada bir ilan tapıblar.

Məlum olub ki, ilan transformatorun içinə girərkən elektrik cərəyanının vurması nəticəsində yanıb və parçalara ayrılıb.

Buna görə də naqillər arasında məsafə yaranıb və elektrik enerjisi kəsilib.

Elektrik işçiləri 1 saatlıq gərgin işdən sonra enerji verilməsini bərpa edə biliblər.

Malik Demokrat.az

D
demokrat.az