"Xüsusi proqram vasitəsilə müdaxilə nəticəsində bu sistemdən istifadə etmək istəyən digər vətəndaşların da hüquqlarını məhdudlaşdırıb. Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçimlər ləğv edilib, hətta özləri seçim edənlər də”.
Demokrat.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı məlumat verib.
O qeyd edib ki, MİDA tərəfindən verilən açıqlamada sistemdə donma hallarının vurğulanıb: “bəBiz sosial şəbəkələrdə yazılanlar və seçimlərin təhlili nəticəsində müdaxilə hallarının olduğunu müəyyən etdik. Bundan sonra araşdırma aparılması ilə bağlı açıqlama yaydıq".

Aparat rəhbəri qeyd edib ki, güzəştli mənzil əldə etmək üçün kateqoriyalar müəyyən olunub:
"Satış prosesində mənzili əldə etmək hüququ olan şəxslər iştirak edir.Qaydaya əsasən, mənzillərin 3 il müddətində özgəninkiləşdirilməsinə məhdudiyyət nəzərdə tutulub. 3 il müddətinə bu mənzilin kirayə verilməsi, satışı rəsmiləşdirilə bilməz”.
Aynurə Demokrat.az


