Dünya

Putin: "Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”

Putin: Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib. "Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib. Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq. "Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.

D
demokrat.az