Dünya

İsrail ordusu Livandan uçan üç pilotsuz uçuş aparatını vurdu

İsrail ordusu Livandan uçan üç pilotsuz uçuş aparatını vurdu

İsrail qırıcı və raket gəmisi Livandan İsrailin iqtisadi dəniz zonasına daxil olan üç pilotsuz uçuş aparatını vurub.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bu gün [şənbə günü] döyüş təyyarəsi və raket gəmisi Livandan İsrailin hava məkanına və iqtisadi dəniz zonasına daxil olan üç düşmən pilotsuz uçuş aparatını vurdu", - deyə qeyd olunub.

Demokrat.az

D
demokrat.az