Sosial

Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə — Ehtiyatlı olun!

Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə — Ehtiyatlı olun!

"Dünən bir nəfər müraciət edib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayıb" və cəmləndikdə 2000 manata yaxın cəriməsi alınır. Son günlər belə məlumatlar tez-tez gəlir".

Demokrat.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, bu yaxınlara qədər DYP-nin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirmiş:

"İndi problem aradan qalxıb. Artıq belə nömrələri də ümumi şəkildə qeydə almaq mümkündür. Ona görə də bunu əvvəllər bilib, sui-istifadə edənlər diqqətli olsunlar".

D
demokrat.az