İdman

Ronaldo öz rekordunu yenilədi

Ronaldo öz rekordunu yenilədi

Dünyanın ən güclü iki futbolçusundan biri Kriştiano Ronaldo daha bir rekorda sahib çıxıb.

Demokrat.Az xəbər verir ki, "Yuventus"un ulduzu ötən gecə Çempionlar Liqasının "Ayaks"la oyununda bu turnirdə 125-ci qolunu vurmaqla öz rekordunu daha da yaxşılaşdırıb. Portuqaliyalı hücumçu 161 matçda, üç klubun heyətində - İngiltərənin "Mançester Yunayted", Madridin "Real" və İtaliyanın "Yuventus"dabu uğura imza atıb.

Xatırladaq ki, ÇL-nin 1/4 finalında "Ayaks"a qonaq olan "Yuventus" ilk görüşdən sərfəli heç-heçə ilə ayrılıb (1:1).

Demokrat.Az

D
demokrat.az