Antalyada turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Dənizlidən Antalyaya gedən tur avtobusu Karaman məhəlləsində aşıb.
Qəzada 20 sərnişindən biri hadisə yerində ölüb, 2 bələdçi və 1 sürücü yaralanıb.
Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib.
Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb.
Demokrat.az


