"ABŞ müxtəlif ölkələrdən olan müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə silahları ilə hərtərəfli təmin etməyə hazırdır".
Demokrat.az "Ukrinform" a istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin Taylanda səfəri zamanıdeyib.
Qərbin Ukraynanın tələblərini yerinə yetirməyə, o cümlədən daha 1000 "Haubitsa" və 300 MLRS sistemini verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Pentaqon rəhbəri deyib ki, ABŞ Ukraynanın uğur qazanması üçün hər şeyə hazırdır.
O, təkcəABŞ-ındeyil , həm də dünya üzrə bir çox tərəfdaşın Ukraynaya əhəmiyyətli dərəcədə kömək etməkdə qərarlı olduğunu vurğulayıb.
Leyla Demokrat.az


