İdman

“İnsanlar Mayamidən Minneapolisə qədər Bakıdakı yarışı izləyirlər” — ABŞ səfiri

“İnsanlar Mayamidən Minneapolisə qədər Bakıdakı yarışı izləyirlər” — ABŞ səfiri

“Həyəcanlıyam, çünki Mayamidən Minneapolisə qədər insanlar Bakıdakı yarışı izləyirlər”.

Demokrat.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisi ilə bağlı müraciətində deyib.

“Formula 1” yarışında Bakıda olmaqdan qürur duyuram. Bu, gözəl, beynəlxalq tədbirdir”, - Litzenberger vurğulayıb..

“Baku City Circuit” bu məkanın yaradılmasında böyük işlər görüb və insanlara bu yarışı izləmək üçün gözəl imkanlar yaradıb. Mən də həyəcanlıyam. Çünki ABŞ-da Mayamidən Minneapolisə qədər insanlar Bakıda keçirilən yarışı izləyirlər”, - səfir əlavə edib./“Report”/

D
demokrat.az