Gündəm Özəl

Zelenski NATO-nun sammitində iştirak edəcək

Zelenski NATO-nun sammitində iştirak edəcək

İyunun 29-30-da İspaniyada NATO-ya üzv 30 ölkənin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, sammitdə NATO-nun yeni strateji konsepsiyası qəbul ediləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski də NATO-nun Madriddəkeçiriləcək sammitində iştirak edəcək.

Bunu NATO baş katibinin müavini Mirça Coana deyib.

Onun sözlərinə görə, Alyansın sammitində Ukrayna ilə bağlı qərar qəbul etmək lazımdır.

Leyla Demokrat.az

D
demokrat.az