"Ukraynada müharibə mütləq danışıqlarmasası arxasında bitəcək "
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Müharibələr gözlənilməzdir, lakin biz indi nə baş verdiyini təxmin edə bildik. Bütün müharibələr hansısa nöqtədə danışıqlar masası arxasında bitir və bu müharibə də danışıqlar masası arxasında bitəcək", - o vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, bu, döyüş meydanındakı vəziyyətdən asılıdır.
"Biz onları (ukraynalıları - red.) dəstəkləyirik. Mən əminəm ki, Ukraynanın siyasi rəhbərliyi danışıqlar zamanı çətin və ciddi qərarlar qəbul edir".
Leyla Demokrat.az


